Sənubər İsgəndərli:

Sənubər İsgəndərli: "Qocalığı sevmirəm"

Hazırda oxunan: Sənubər İsgəndərli: "Qocalığı sevmirəm"
186069
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Gənc olanda gəncliyimizin dəyərini bilmirik. Gənclik gözəllikdir. Gənclik hər şeydir, həyatdır. Qocalığı sevmirəm. O insanların səmimiyyətinə inanmıram ki, "qocalıq gözəldir" deyir. Qocalığın nəyi gözəldir? Qocalıqda nə var? Bu, təbii prosesdir, hamımız keçirik. Allah hər kəsə ömür versin. Sadəcə qocalıq artıq xəstəliklərin başlanğıcıdır". 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli qonaq olduğu "Onunla açıq söhbət" verilişində deyib. 

Sənətçi bildirib ki, insan qocaldıqca ətrafı seyrəlir və tənha qalır: 

"Mənim üçünsə qocalığın daha çox sevmədiyim tərəfi ətrafın seyrəlməyidir. Çünki şahidi olmuşam, elə bir ahıl insanın ki, ətrafı çox geniş, gözəl dostları olub. Onlar bir-bir sıradan çıxdıqca daha tənha və sonda tək qalıb. Bax, o çox ağırdır. Ahıl yaşında itkilər daha çox olur. Hamıdan çox yaşayırsan və əlini atırsan dostun, güvəndiyin adam yoxdur. Qoca insan... Heç o sözü demək də istəmirəm".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO