Anar Vəziroğlu: “Gəlinin qayınatanın qabağına çay gətirməsi ədəbsizlikdir” – VİDEO 

Anar Vəziroğlu: “Gəlinin qayınatanın qabağına çay gətirməsi ədəbsizlikdir” – VİDEO 

Hazırda oxunan: Anar Vəziroğlu: “Gəlinin qayınatanın qabağına çay gətirməsi ədəbsizlikdir” – VİDEO 
178252
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şair və jurnalist Anar Vəziroğlunun efirdə səsləndirdiyi fikirlər qalmaqala səbəb olub. 

Bizim.Media xəbər verir ki, ekspert qismində “Elgizlə izlə” ictimai-sosial verilişində iştirak edən Vəziroğlu bildirib ki, gəlinin qayınatanın önünə çay gətirməsi böyük ədəbsizlikdir. 

“Ömrüm boyu demərəm ki, gəlinim qabağıma gətirib çay qoysun. Bundan böyük ədəbsizlik yoxdur. Bu çox böyük ədəbsizlikdir. Niyə axı gəlin sənə, qayınataya çay verməlidir? Əlin, ayağın yoxdur? Bunlar özlərinə gəlin yox, qul axtarırlar. Mənim qışqıraraq “Ay gəlin, get mənə çay gətir” deməyim böyük mədəniyyətsizlikdir”, - deyə Anar Vəziroğlu vurğulayıb. 
Proqramın aparıcısı Elgiz Əkbər şairin bu sözləri ilə razılaşmayıb. 

Elgiz “Bəyəm, gəlin qayınataya çay gətirsə, canına zəhrimar dolar?” sözlərini dilə gətirib. 

Bundan sonra studiyada ekspertlər mövzu ətrafında mübahisə ediblər. 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO