İrina Şeyk model olmazdan əvvəl arxiv FOTOLARINI üzə çıxardı

İrina Şeyk model olmazdan əvvəl arxiv FOTOLARINI üzə çıxardı

Hazırda oxunan: İrina Şeyk model olmazdan əvvəl arxiv FOTOLARINI üzə çıxardı

175502

İrina Şeyk dünyaca məşhur model olmadığı və ailəsi ilə birlikdə Rusiyada yaşadığı bir vaxtda çəkilmiş bir sıra arxiv fotolarını üzə çıxarıb.

Bizim.Media xəbər verir ki, o zamanın tipik ev modası olan divardan asılan xalça fonunda İrina anası Olqa Şeyxlislamova ilə çəkilən şəkili sosial şəbəkə hesabında yayımlayıb.

Bununla belə, modelin izləyicilərinin diqqətini xalça deyil, Olqanın sinəsində oturan siçan cəlb edib.
Digər iki fotoda Şeyk motosikletdə və "Burevestnik" kinoteatrının qarşısında poz verdiyi əks olunub.

Təkcə rusiyalı pərəstişkarları deyil, həm də moda dünyasının bir çox ulduzları, o cümlədən dostu Emili Ratajkovski və Eşli Qrem modelin paylaşımı altında coşqulu şərhlər yazıb.

İrinanın niyə qəflətən keçmişi xatırlamaq qərarına gəldiyini dəqiq söyləmək çətindir, amma bəlkə də nostalji hissə qapılması qızı Leanın çəkdiyi rəsm səbəb olub. 

Qızı anasının portretini çəkib və Şeyk həmin fotonu da sosial şəbəkə səhifəsində yayımlayıb.

Qeyd edək ki, Lea İrinanın Hollivud ulduzu Bredli Kuperdən dünyaya gətirdiyi övladıdır.












Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO