Nüşabə Musayeva:

Nüşabə Musayeva: "O rəqsimə görə qardaşım 2 il məni danışdırmadı" - VİDEO

Hazırda oxunan: Nüşabə Musayeva: "O rəqsimə görə qardaşım 2 il məni danışdırmadı" - VİDEO
175465
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"İllər əvvəl bir rəqs etmişəm, yəni şou göstərmişəm. Bundan sonra hamı məndən danışdı. O rəqsimə görə isə peşman deyiləm. Çünki o rəqsi etməsəydim, bu dəqiqə mən Nüşabə Musayeva olmazdım".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nüşabə Musayeva qonaq olduğu "Zaurla Günaydın" verilişində deyib.

Sənətçi bildirib ki, o qalmaqalll rəqsindən əvvəl 10 il oxusa da, lakin bu qədər tanınmamışdı:

"O zaman o rəqsi etmək lazım idi. Bu gün isə artıq o rəqsi ifa etmək mənə lazım deyil. O rəqsimlə gündəm, reytinq qazandım. Tamaşaçı müğənnidən maraq və şou istəyir. 10 il o rəqsdən əvvəl oxuyurdum, amma məni heç kim tanımırdı. Kişi həmkarlarım Samir Piriyev və Nuri Sərinləndiricinin toylardakı qız müğənnisi idim. Onlardan başqa məni heç kim tanımırdı".

Nüşabə vurğulayıb ki, qardaşı söz-söhbətə və səs-küyə səbəb olan rəqsinə görə 2 il onu danışdırmayıb:

"Deyirdi ki, yığışdır şouları, saçlarını sarıya boyama. O bilir ki, mən pis hərəkətlər eləmərəm. Bu rəqsi də işim, sənətim üçün eləmişəm. Nəyi pisdir ki?".

Qeyd edək ki, ötən il Nüşabə qızı Elnarəyə dəmdəskahlı və dəbdəbəli toy mərasimi keçirib. Nüşabənin Elnarədən başqa daha bir qız övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO