Məhkəmədə Floraya uduzan Afətdən REAKSİYA: “O boyda reklamın qabağında 10 min nədir ki?” – VİDEO 

Məhkəmədə Floraya uduzan Afətdən REAKSİYA: “O boyda reklamın qabağında 10 min nədir ki?” – VİDEO 

Hazırda oxunan: Məhkəmədə Floraya uduzan Afətdən REAKSİYA: “O boyda reklamın qabağında 10 min nədir ki?” – VİDEO 

174917

Nərimanov Rayon məhkəməsi müğənni Afət Fərmanqızının Xalq artisti Flora Kərimovaya 10 min manat ödəyəcəyi haqda qərar qəbul edib. 

Bizim.Media xəbər verir ki, Afət sosial şəbəkə hesabında Rusiyadan canlı yayım açaraq məsələ ilə bağlı fikirlərini bölüşüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Afət Fərmanqızı məhkəmədə Flora Kərimovaya UDUZDU - 10 min ödəməlidir 


Fərmanqızı bildirib ki, məhkəmənin çıxardığı qərarı yerinə yetirəcək: 

“Udanda nə olur ki? Yeyib udmaq deyil ki, məhkəmədə udmaqdır. Mən buradan Floraya minnətdarlığımı bildirirəm ki, gecə-gündüz məni reklam edir. Çox şadam ki, Floranın hesabına saytlar gecə-gündüz məndən yazır. O boyda reklamın qabağında 10 min manat nədir ki? Uduzanda nə olur ki? İki nəfərdən biri udar, biri də uduzar. Belə şeylərlə başınızı yormayın. Vəkilim Bakıdadır, həmin işlərlə o, məşğul olur. Flora mənə nə edəcək? Flora məni söyüb, mən də onu söymüşəm. İş məndən 3000 kilometr uzaqda, Azərbaycandadır. Mən isə Rusiyadayam. Söyüb, söymüşəm. Boynumdan atmıram ki...” 

Xatırladaq ki, Flora Kərimova Afət Fərmanqızının onu təhqir etdiyini əsas gətirərək qarşı tərəfin üzr istəməsi və dəymiş mənəvi ziyana görə 100 min manat məbləğində təzminat ödəməsini tələb edirdi. Xalq artistinin vəkili Xavər İsmayılova deyib ki, hakim Aytən Novruzovanın sədrliyi ilə iki ilə yaxın davam edən məhkəmə bu gün yekunlaşıb.
Ekspert rəyləri də Xalq artistinin iddiasının əsaslı olduğunu göstərib, A.Fərmanqızının sosial şəbəkələrdə iddiaçıya münasibətdə dediklərinin şərəf və ləyaqəti ləkələyən sözlər olduğu sübut edilib. Məhkəmə mülki iddianı qismən təmin edib. Qeyd edək ki, Flora Kərimova Afət Fərmanqızını xüsusi ittiham qaydasında da məhkəməyə verib. Binəqədi Rayon Məhkəməsi Fərmanqızı haqda həbssiz axtarış qərarı çıxarıb. 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO