Şəbnəm Tovuzlu: “Həyat yoldaşımla küsülü qalanda əsəbiləşib onu vururam” – VİDEO 

Hazırda oxunan: Şəbnəm Tovuzlu: “Həyat yoldaşımla küsülü qalanda əsəbiləşib onu vururam” – VİDEO 

165190

Müğənni Şəbnəm Tovuzlu emosional açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində həyat yoldaşı Hacı Ramildən söz açıb. 

Şəbnəm bildirib ki, əri ilə uzun müddət küsülü qala bilmir və barışmaq üçün hər zaman özü addım atır: 

“Həyat yoldaşımla olub ki, 5 gün küsülü qalmışıq. Düşünürəm ki, axı, necə ola bilər, bu qədər küsülü qalmaq? Amma mən küsülülüyə dözə bilmirəm. Ona zəng edib, ürək sözlərimi deyirəm. Hətta qarşısına çıxıb, əsəbiləşərək onu vururam. Amma o heç zaman mənə əl qaldırmaz. Deyirəm ki, tez de, “Məni sevirsən, yoxsa sevmirsən? Gözümün içinə bax, de ki, Şəbnəm, səni sevmirəm”. 

O bu sözü mənə deyə bilər!? Deyə bilərsənmi!? Təbii ki, yox!”. 

Qeyd edək ki, Şəbnəm Tovuzlunun ilk nikahından Günel adlı qızı var. Onun tezliklə toyu olacaq. Hacı Ramil ilə nikahından isə müğənninin Əli adlı oğlu var. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO