Meyxanaçı Samirənin oğlanlarla rəqsi başına bəla oldu - EFİRDƏ DAVA – VİDEO 

Meyxanaçı Samirənin oğlanlarla rəqsi başına bəla oldu - EFİRDƏ DAVA – VİDEO 

Hazırda oxunan: Meyxanaçı Samirənin oğlanlarla rəqsi başına bəla oldu - EFİRDƏ DAVA – VİDEO 
164113
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Meyxanaçı Samirə Yusifqızının restoranların birində gecə saatlarında oğlanlarla rəqsi gündəmə səs salıb. 

Bizim.Media xəbər verir ki, məsələ “Elgizlə izlə” ictimai-sosial verilişində müzakirə olunub. 

Bəlli olub ki, Samirənin rəqs videosunu müğənni qızı Fərəh sosial şəbəkədə yayımlayıb. Sözügedən proqramda qonaq olan jurnalist Ramilə Sultan müğənninin bu rəqsini başına qaxınc edib. 

Ramilə səs tonunu yüksəldib və Samirənin bu rəqsini onun yaşına və sənətinə yaraşdırmadığını söyləyək sərt şəkildə reaksiya bildirib. 
Bu an isə S.Yusifqızı və R.Sultan arasında söz savaşı yaşanıb. Verilişin aparıcısı Elgiz Əkbər tərəfləri sakitləşdirməyə çalışıb. Elgiz günahı Samirənin qızı Fərəhdə görüb. 

O bildirib ki, bu görüntülər yayılmamalı idi. Meyxanaçının qızı isə anasının rəqsində heç bir qəbahətin olmadığını və onun normal rəqs etdiyini bildirib.

Verilişdə yaşanan qalmaqallı anları sizə təqdim edirik: 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO