Faiq Ağayev: “İşğaldan azad olan torpaqlarımızın rəsmi xəbərini efirdən özüm oxudum” - VİDEO

Faiq Ağayev: “İşğaldan azad olan torpaqlarımızın rəsmi xəbərini efirdən özüm oxudum” - VİDEO

Hazırda oxunan: Faiq Ağayev: “İşğaldan azad olan torpaqlarımızın rəsmi xəbərini efirdən özüm oxudum” - VİDEO

163458

Xalq artisti Faiq Ağayev açıqlaması ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, “Zəfər günü”nə həsr olunmuş “Elgiz izlə” ictimai-sosial proqramda qonaq olan sənətçi bildirib ki, İkinci Vətən müharibəsi zamanı bir sıra rayonlarımızın işğaldan azad olunması xəbərini tamaşaçılara canlı yayımda oxuyaraq, özü çatdırıb. 

“Heç bir müğənni həmkarım o faktı həyatında yaşamadı. Belə ki, İkinci Qarabağ müharibəsi bitməmiş qonşu kanalların birində efirdə idim. Verilişin canlı yayımına təcili xəbərlər gətirildi. O xəbərdə isə hansı rayon və kəndlər azad olunması yazılmışdı.
Xahiş elədim, o rəsmi məlumatı özüm oxudum. Xalqa o məlumatı televiziyada ilk mən çatdırdım. Bu isə mənim üçün həyatımda heç zaman yaddaşımdan silinməyəcək bir hadisə oldu”, - deyə Faiq vurğulayıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO