Meyxanaçı Samirə:

Meyxanaçı Samirə: "Götürdüyüm borc pulun “sələm”i də var" - VİDEO 

Hazırda oxunan: Meyxanaçı Samirə: "Götürdüyüm borc pulun “sələm”i də var" - VİDEO 

160943

Meyxanaçı və müğənni Samirə Yusifqızı efirdə borclarından söz açıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "7 tamam" axşam şousunda danışıb.  

S.Yusifqızı bildirib ki, götürdüyü borc pulun üzərində faizi də var:

"Bir milyonum olsaydı borclarımı verərdim. İndiki zamanda kimin borcu yoxdur ki,... (gülür) Hamımızın borcu var. Kiməsə borc verib sonra o pulu hədiyyə etmək üçün həmin insanda “ürək” olması lazımdır. Hələ aldığın borcun sələmi də (faizi - red.) olanda o lap biabırçılıqdır.

Götürdüyüm borc pulun sələmi də var. Borca pul versinlər amma Allahdan qorxub o sələmi istəməsinlər", - deyə Samirə vurğulayıb.  

Qeyd edək ki, Samirə Yusifqızının iki oğlan bir qız övladı var. Müğənni qazancının az olduğundan pandemiya başladıqdan bu günə kimi taksi fəaliyyəti ilə məşğul olduğunu açıqlamışdı.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO