Mətanət İsgəndərli: “Ölümdən qorxmadığıma görə, hər bir əməliyyata girərəm” – VİDEO 

Mətanət İsgəndərli: “Ölümdən qorxmadığıma görə, hər bir əməliyyata girərəm” – VİDEO 

Hazırda oxunan: Mətanət İsgəndərli: “Ölümdən qorxmadığıma görə, hər bir əməliyyata girərəm” – VİDEO 

160859

“Çəkim 107 kiloqrama qədər artmışdı. Səbrim çatmadı və mədəkiçiltmə əməliyyatına qərar verdim. Əməliyyatdan sonra 45 kiloqram arıqladım. Düşündüm ki, arıqlayacağam və üzümdə sallanmalar olacaq. Amma şükürlər olsun ki, belə hal yaşanmadı. Əksinə daha da yaxşı oldu. Bəli, mən belə gözəl qızam”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda deyib.  

Ölməkdən qorxmadığını söyləyən sənətçi bildirib ki, yaxın zamanda plastik əməliyyat keçirəcək:  

“İnsan hər bir əməliyyata daxil olanda ona bir sənədə imza çəkdirirlər ki, ölüm halı olsa, buna özün cavabdehsən. Fikirləşirdim ki, əməliyyat edib ya ölərəm, ya qalaram. Ölümdən qorxmadığıma görə, hər bir əməliyyata girərəm. Alın yazısına inanıram. Əgər mənim qədərimdə ölüm varsa demək ki, öləcəyəm. Alnıma nə yazılıbsa, o da olacaq”.  

Müğənni bir neçə il əvvəli xatırlayaraq, koronavirusa qalib gəlməsindən söz açıb:  

“Koronavirusdan nə qədər insanlar dünyasını dəyişdi. Koronavirus infeksiyasına yoluxanda Moskvada idim və ölümcül vəziyyətdə idim. Amma ölmədim. Demək ki, qədərimdə ölüm yoxdur. Heç həkimlər belə inanmırdılar ki, mən sağalaram. Onlara sual verəndə ki, “sağlamlıq vəziyyətim necədir?”, cavab verirdilər ki, “bunu yalnız Allah bilir”.  

Ciyərlərimdə 80 faiz buzlaşma vardı. Saturasiyam 60 faiz, yəni çox aşağı idi. O zaman isə artıq vəziyyətimlə barışmışdım. Bilirdim ki, dünya ilə bu xəstəlik üzündən vidalaşıram. Amma qorxmurdum. İnsan qorxanda ölür. 
Kim koronavirusa yoluxmuşdursa və qorxurdusa, ölürdü. Mən isə qorxmadım. Deyirdim ki, “niyə qorxum, Allaha qovuşuram və onun yanına gedirəm”.  

Bax bu cür hisslər vardı məndə. Onda anladım ki, deməli, bir özünsən, bir də Allahın. Koronavirusa görə Moskvada xəstəxanada yatanda özüm-özümə dedim ki, “Mətanət özünü əla al, bir özün birdə Allahın var. Tək deyilsən, sən nədən qorxursan axı. Allah səni yaradıb, onun yanına gedirsən””.  

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO