Mənzurə: “Burnumu üç dəfə pulsuz əməliyyat etdirdim, uğursuz alındı” – VİDEO 

Mənzurə: “Burnumu üç dəfə pulsuz əməliyyat etdirdim, uğursuz alındı” – VİDEO 

Hazırda oxunan: Mənzurə: “Burnumu üç dəfə pulsuz əməliyyat etdirdim, uğursuz alındı” – VİDEO 
148032
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Zamanında üç dəfə burnumu əməliyyat etdirmişəm. Amma çox peşmanam. Çünki heç zaman yekə burnum olmayıb. Ataların bir məsəli var “Palaza bürün, elnən sürün”. Gördüm ki, hamı burnunu əməliyyat etdirir, mən də getdim. Əslində ehtiyac yox idi. Amma indi düşünürəm ki, üzgərmə əməliyyatına ehtiyacım var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Burnunda üç dəfə uğursuz rinoplastika əməliyyatı keçirdiyini açıqlayan sənətçi cərrahi müdaxilələrini pulsuz etdirdiyini bildirib: 

“Burnumu üç həkim bu hala salıb. Birinci dəfə əməliyyat etdirəndən sonra nəfəs ala bilmədim. İkinci əməliyyatım da uğursuz alındı. Həkim burnumu pis günə qoydu. Üçüncü dəfə də səhvləri düzəltmək üçün yenidən əməliyyat olundum. Heç zaman ucuz qiymətə əməliyyat olunmamışam.
Burnumu ölkəmizin “ən bərk gedən” həkimləri edib. Elə belə həkimlərə əməliyyat etdirməmişəm. Ola bilər ki, əməliyyatlarım pulsuz olub, bu səbəbdən uğursuz alınıb. Amma indi həmin həkimlərin reklamı çox güclüdür. Hərə öz əlinin qabiliyyətini nümayiş etdirir”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO