Bollivud ulduzunun Bakı səfəri ilə bağlı MARAQLI PAYLAŞIM – FOTO/VİDEO 

Bollivud ulduzunun Bakı səfəri ilə bağlı MARAQLI PAYLAŞIM – FOTO/VİDEO 

Hazırda oxunan: Bollivud ulduzunun Bakı səfəri ilə bağlı MARAQLI PAYLAŞIM – FOTO/VİDEO 
147871
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İki gün öncə Azərbaycana səyahət edən Bollivud ulduzu, aktrisa, rəqqasə, teleaparıcı Malayka Arora Bakıdan maraqlı paylaşımlar edib.  

Bizim.Media xəbər verir ki, hindistanlı ulduz Bakıya dostları ilə birgə uçub.  

Onun üçün turizm şirkətləri tərəfindən böyük səyahət proqramı tərtib edilib. Şirvanşahlar Sarayını, İçərişəhəri, Atəşgahı məbədini və “Yanar dağ”ı ziyarət edən Malayka Azərbaycan mətbəxinin təamlarının, o cümlədən şah plovun, sac, xəngəlin dadına baxıb, armudu stəkanda çay içib.  
Qeyd edək ki, Bollivud ulduzu Malaykanın 18 milyona yaxın abunəçisi olduğu sosial şəbəkədəki səhifəsində Azərbaycanın paytaxtında keçirdiyi bütün macəralardan ətraflı danışıb.

İzləyicilərinə Bakı haqqında danışan Arora burdakı ab-havadan o qədər heyranlıqla bəhs edib ki, hətta izləyicilərinə çantalarını tez yığmağı, dostlarını da özləri ilə götürərək Azərbaycana uçmağı tövsiyə edib. 

 



Bollivud ulduzunun Bakı səfəri ilə bağlı MARAQLI PAYLAŞIM – FOTO/VİDEO  - foto 1
Bollivud ulduzunun Bakı səfəri ilə bağlı MARAQLI PAYLAŞIM – FOTO/VİDEO  - foto 2
Bollivud ulduzunun Bakı səfəri ilə bağlı MARAQLI PAYLAŞIM – FOTO/VİDEO  - foto 3

Surxay Atakişiyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO