İradə İbrahimova yenidən SƏHNƏYƏ QAYIDIR? - VİDEO

İradə İbrahimova yenidən SƏHNƏYƏ QAYIDIR? - VİDEO

Hazırda oxunan: İradə İbrahimova yenidən SƏHNƏYƏ QAYIDIR? - VİDEO
128618
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün doğum gününü qeyd edən müğənni İradə İbrahimova uzun fasilədən sonra yenidən səhnəyə qayıdacağının anonsunu verib. 

Bizim.Media xəbər verir ki, bu haqda isə sənətçi “Səhər mərkəzi” verilişinin canlı efirinə video zəng vasitəsi ilə qoşularkən bildirib.

İbrahimovanın sözlərinə görə, o, Ramazan bayramı bitəndən sonra yəni aprel ayının sonlarında Bakıya gələcək:

“Aprelin sonu Bakıya gəlirəm. Səs yazma studiyasında bir sıra işlərim və layihələrim var. Bakıda olduğum zaman efirlərə və verilişlərə qonaq gəlmək istəmirəm”. 

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzərlə ailə həyatı qurub və Türkiyənin İstanbul şəhərinə köçüb.  

Cütlüyün 2010-cu ildə İpək adlı qız övladları dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlan övladı dünyaya gətirib. 
Hazırda isə İradə İbrahimova ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO