Jurnalist Əməkdar artistin evindən OĞURLUQ EDİB? - VİDEO

Jurnalist Əməkdar artistin evindən OĞURLUQ EDİB? - VİDEO

Hazırda oxunan: Jurnalist Əməkdar artistin evindən OĞURLUQ EDİB? - VİDEO

121634

Əməkdar artist Nahidə Orucovanın evindən oğurluq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə aktrisa “Təsir dairəsi” ictimai-sosial verilişində məlumat verib.

Sənətçi bildirib ki, gül qabının içində gizlətdiyi 1650 manatdan çox məbləğ oğurlanıb:

“Evimin qapısını ona açdım. Göz yaşı tökürdü ki, soyuqda küçədə qalmışam. Demirəm ki, məhz o qadın götürüb. Amma evdə olmadığım müddətdə evimdən pullarım yoxa çıxıb. Etibar etdiyim bir insan idi. İllərlə tanıdığım bir şəxsdir. Onun evində heç vaxt olmamışam və yanımda dəfələrlə qalıb. On beş gün evdə olmadım, evimə etibar etdiyim bir xanımı buraxmışdım. Ona demişdim ki, yataq otağıma girmə və yad adamı evimə gətirmə”

O, şübhələndiyi şəxsin jurnalist Şəfəq Ağacan olduğunu deyib.

Qeyd edək ki, Şəfəq Ağacan 2019-cu ildə narkotik satarkən həbs olunub. O, 2021-ci ildə azadlığa buraxılıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO