Rühəngiz: “Əri Bəstini qısqandığına görə illərlə efirə qoymayıb” - VİDEO 

Rühəngiz: “Əri Bəstini qısqandığına görə illərlə efirə qoymayıb” - VİDEO 

Hazırda oxunan: Rühəngiz: “Əri Bəstini qısqandığına görə illərlə efirə qoymayıb” - VİDEO 
113360
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar artist Rühəngiz Musəvi həmkarı Əməkdar artist Bəsti Bəkirovanın həyat yoldaşından söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb. 

Proqramın aparıcısı Elgiz Əkbər Bəsti Bəkirovaya “Həyat yoldaşınıza gün verib, işıq verməmisiniz. Dəhşət qısqanc olmusunuz” sözlərini ünvanlayıb.

Bəsti isə Elgizə cavab olaraq “Qətiyyən qısqanc olmamışam. Bu haqda isə Rühəngiz xanım ətraflı danışa bilər” sözlərini dilə gətirib. 

Bəkirovanın bu fikirlərini Musəvi “Ailə həyatı qurmazdan əvvəl Bəsti xanımı tanıyıram. Həyat yoldaşı çox qısqanc olub. Həyat yoldaşı qısqanclığına görə illərlə qoymayıb ki, Bəsti xanım efirlərə çıxsın” açıqlama verib.  

Daha sonra Bəsti qısqanclıq mövzusuna “Heç zaman həyat yoldaşımı qısqanmamışam. Necə olur ki, o aylarla Nabranda qalır işləyir, mən isə Bakıda. Qısqanclıq hiss mənə yaddır. Qısqanmaq nəyə lazımdır. Oğlumu da gəlnimə qısqanmıram. Oğlumla gəlinimi mehriban görəndə özümü xoşbəxt hiss edirəm. O qədər sevinirəm ki... İnanın! Ümumiyyətlə qısqanclıq hissinin nə olduğunu bilmirəm” ifadələri ilə nöqtə qoyub. 
Qeyd edək ki, Bəsti Bəkirova aylar əvvəl sözügedən verilişdə qonaq olduğu zaman həyat yoldaşı DYP-in keçmiş əməkdaşı olduğunu və Nabranda istirahət mərkəzlərinin olmasını açıqlayıb. Cütlüyün bu nikahdan iki oğlan övladı var. 

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO