İşsiz qalan Rüstəm gileyləndi:

İşsiz qalan Rüstəm gileyləndi: "Pələng ilindən zəhləm getdi" - FOTO 

Hazırda oxunan: İşsiz qalan Rüstəm gileyləndi: "Pələng ilindən zəhləm getdi" - FOTO 

112647

“Best Model of The World” titulunun sahibi, azərbaycanlı model Rüstəm Cəbrayılov paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Bizim.Media xəbər verir ki, uzun müddətdir işsiz qalan model 2022-ci ilin onun üçün uğursuz olduğunu vurğulayaraq, gileylənib.

"Bu il getsin bir daha gəlməsin. Həyatımda belə il olmamışdı, özü də Pələng ili. Mənim ilim... Zəhləm getdi bu ildən. Yeni 2023-cü iliniz mübarək olsun. Yenə də şükür edək. Gələn ilimiz hər birimiz üçün düşərli olsun. Amin!", - deyə R.Cəbrayılov paylaşdığı postda yazıb.
Qeyd edək ki, bir müddət əvvəl işsizlikdən şikayət edən R.Cəbrayılov Mədəniyyət Nazirliyinə müraciət etdiyini, eyni zamanda teatrda işə düzələ bilmədiyini söyləyib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO