Rusiyalı məşhur ulduzun qaynanasını döyüb, 10 milyonunu oğurladılar – FOTO 

Rusiyalı məşhur ulduzun qaynanasını döyüb, 10 milyonunu oğurladılar – FOTO 

Hazırda oxunan: Rusiyalı məşhur ulduzun qaynanasını döyüb, 10 milyonunu oğurladılar – FOTO 

102760

Rusiyanın pop ulduzu Aleksey Vorobyovun qaynanası yaşadığı evində üç nəfər tərəfindən döyülərək, qarət edilib. 

Bizim.Media “Mash” nəşrinə istinadən xəbər verir ki, 57 yaşlı Viktoriya Çelişevanın əlləri pilləkənlərə qandallanıb. Onun zinət əşyaları gözlərinin qarşısında evindən çıxarılıb. 

Zərərin təxminən 10 milyon rubl təşkil etdiyi bildirilir. Əri, milyarder Yuli Çelişevin ölümündən sonra Viktoriya ailə biznesini davam etdirir. Qadın taxıl və toxumların topdansatış ticarəti ilə məşğul olan şirkətə rəhbərlik edir. 

Qeyd edək ki, “Subay” realiti-şousunun dördüncü mövsümündə Viktoriyanın qızı Tatyana müğənni ilə münasibət qurmaq üçün əlindən gələni etsə də, o heç bir şey əldə etməyərək, verilişi tərk edib. 
Daha sonra Tatyananın hamilə olduğu üzə çıxıb. Tatyananın sözlərinə görə, uşaq müğənni A.Vorobyovdan dünyaya gəlib. Müğənni uzun müddət atalığı ilə bağlı şərh verməyib. Bir müddət sonra isə gözlənilmədən körpənin  vaftiz mərasimində görünüb. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO