Cəhənnəm ziyarətçiləri...

Cəhənnəm ziyarətçiləri...

Hazırda oxunan: Cəhənnəm ziyarətçiləri...
74798
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycanda namaz qılan məmurların sayı çoxdur. Onlar arasında səmimi olanlar və səmimi olmayanlar da var”x9d.

Dostum, millət vəkili Fazil Mustafanın bu sözləri sarı simimə toxunduğundan qənaətimi oxucularımla bölüşmək qərarına gəldim. Deyirlər günlərin bir günü kəndə xəbər yayılır ki, Əzrayıl hərəyə bir uşaq paylayır. Bir diribaş qadın gözünün ağı-qarası bircə balasını bağrına basaraq "əlimizdəkini almasın, onun payladığı uşaq bizə lazm deyil" cavabını verir...

Mənim də məmurların namaz qılmalarına, günahlarının yuyulması üçün aşkar-gizli Həcc və ya Ümrə ziyarətlərinə getmələrinə yanaşmam təxminən Əzrayılın səmimiyyətinə inanan qadının dedikləri fikirlərlə həmahəngdir. Təbii ki, məmurlar içərisində də Allahı tanıyan, onun qəzəbindən qorxan və bacardığı qədər ev yıxmaqdan, insanlara hər cür pislik etməkdən çəkinən, imkan düşdükcə savab əməllərlə günahını yumağa çalışan, Allaha xoş gedən davranışlar sərgiləyən məmurlar da az deyil, onların içərisində yerli icra hakimiyyəti orqanlarındakı məmurlar da, mərkəzi icra hakimiyyətindəki məmurlar da var. Amma əksəriyyət boğazacan günah bataqlığında batdığından onların dinlə bağlı davranışlarının test edilməsi nə dərəcədə qeyri-səmimi olduqlarını üzə çıxarmış olardı. Ad çəkməyə gərək duymuram. Məmləkət balaca, əməllər ortada, üstəlik, kimin hansı yuvanın quşu olduğu hər kəsə bəlli olduğundan məmurlarımızın mərhəmət cildinə girərək məsum obrazda zühur etmələrinə inananlar yəqin ki, fil qulağında yatmış olsa belə, cəmiyyətimizdə çoxluq təşkil etməz...

Fazil bəyin məmurlara məsləhətində başqa maraqlı epizodlar da var: "Bu onların öz seçimidir. Daha çox dürüst olsalar, içlərində Allah qorxusu olsa və hər şeyə daha ədalətli yanaşsalar cəmiyyət üçün daha faydalı işlər görmüş olarlar. Belə olan halda insalar daha çox bir-birinə güvənərlər. Bəzi məmurlarımız namaz qılmasalar da Cümə namazlarına bizimlə birlikdə gedirlər. Bir çoxları da məscidə getməyə qorxurlar, yaxud da nədənsə çəkinirlər. Bu artıq onların öz problemidir. Bunun nəyindən çəkinməlidirlər? Bu məsələdə hər kəs öz düşüncə və baxışlarını sərbəst yaşamalıdırlar”x9d.

Məscidə Allahın qəzəbindən deyil, rəhbərliyi tərəfindən qınanıla biləcəyindən getməyə qorxan məmur sabah namaz qılsa və ya Həccə getsə nə dəyişəcək ki? Bizdə nə yazıq ki, Həccə getməyi bir status hesab edirlər. Amma unudurlar ki, Hacı olmaq təkcə xarici pasportlarına Səudiyyə Ərəbistanına vurulan Həcc möhürü ilə kifayət etmir. Yaxud deputat Hacı Qalib kimi 26 dəfə Həcdə omasıyla öyünənləri də anlamıram. Mənim düşüncəmə görə, Həccə getməmək və namaz qılmamaq olar, baxmyaraq ki, hər bir müsəlman üçün bu əməllər vacib buyrulub. Əsas odur ki, insan oğlu Fazil bəy dediyi kimi dürüst olsun, hər gün Həccə bərabər tutulan əməllər etməyə çalışsın, buna imkanı olmasa belə, ən azından könül bulandırmasın, kimsənin çörəyinə bais olmasın, yetimin malına toxunmasın, insanları ruziylə sınağa çəkməsin. Amma bizim məmurlar çeşidli günahlara bataraq Həccə gedib Allahdan əfv diləyirlər, elə ki, ayaqları yenidən Heydər Əliyev adına hava limanında torpağa dəyir, bioqrafiyalara yeni səhifədən yeni günahlar yazdırırlar. Bununla insanları, ətrafındakıları, hətta bütövlükdə cəmiyyəti də aldatmaq olar, amma bu zavallılar unudur ki, Allah kimin kim olduğunu bilir, gec-tez məhşər ayağından qurtula bilməyəcəklər. Ona görə də mənim tövsiyyəmin də ana xətti dürüst olmaqdan keçir. Dürüst olmayanın yeri ömrü boyu gedib məsciddə otursa, gündə 5 deyil, 15 dəfə namaz qılsa və 50 dəfə Həcc ziyarətində olsa belə cəhənnəmdir, cəhənnəmdir, cəhənnəm...

 

Zülfüqar Hüseynzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO