BTC ilə tranzit neftinin nəqli 40%-dən çox artıb

BTC ilə tranzit neftinin nəqli 40%-dən çox artıb

Hazırda oxunan: BTC ilə tranzit neftinin nəqli 40%-dən çox artıb
99679
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 27 505,2 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 5,1% çoxdur.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, nəqletmənin 78,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 21 688,4 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10,85% çox).

Məlumata görə, hesabat dövrü ərzində BTC kəməri ilə 3 580,3 min ton tranzit nefti də (illik müqayisədə 42% çoxdur) nəql edilib.

Xatırladaq ki, ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 35 018 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,86% çoxdur. Nəqletmənin 75,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, ötən il kəmər vasitəsilə 26 421,5 min ton neft ötürülüb (2020-ci ilin göstəricisi ilə müqayisədə 3,85% az). Hesabat dövrü ərzində BTC kəməri ilə 3 598,4 min ton tranzit nefti də (7,4% az) nəql edilib.

Qeyd edək ki, BTC-nin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılıb, bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

"BTC Co."nun səhmdarları BP (30,1%), "AzBTC" (25%), MOL (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO