Avropa Rusiya kömürünü QADAĞAN ETDİ 

Avropa Rusiya kömürünü QADAĞAN ETDİ 

Hazırda oxunan: Avropa Rusiya kömürünü QADAĞAN ETDİ 
87890
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 10-dan Rusiyadan kömür və digər bərk qalıq yanacaqlarının Avropa İttifaqı (Aİ) vasitəsilə daşınmasına və onların Aİ-yə tədarükünə qadağa tətbiq edilməyə başlayır. 

Bizim.Media “then24.com”a istinadən xəbər verir ki, oxşar qadağa Böyük Britaniya tərəfindən də tətbiq edilib. 

Sanksiyaların hələ beşinci raundu çərçivəsində Rusiyanın Aİ-yə kömür tədarükünə embarqo tətbiq edilib.

Aİ ölkələrinə kömür idxalının illik həcmi səkkiz milyard avro təşkil edir ki, bu məbləğin təxminən yarısı Rusiya Federasiyasından idxalın payına düşür. Avropa ölkələri fəal şəkildə yeni kömür tədarükçüləri axtarırlar. 

Almaniya enerji böhranı fonunda, qaz tələbatını azaltmaq üçün, qışa qədər kömür ehtiyatlarını artırmaq üçün kömürlə işləyən elektrik stansiyalarının istifadəsini müvəqqəti olaraq artırmaq qərarına gəlib. 
2021-ci ildə Rusiyadan kömür ixracı 223 milyon ton təşkil edib ki, bunun da 50,4 milyon tonu Avropaya göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO