Manatın bahalaşması gözlənilir? - Ölkəmizdə iqtisadi vəziyyətin TƏHLİLİ 

Hazırda oxunan: Manatın bahalaşması gözlənilir? - Ölkəmizdə iqtisadi vəziyyətin TƏHLİLİ 

78397

Mövсud xariсi iqtisadi vəziyyət Azərbayсan manatının ABŞ dollarına nəzərən məzənnəsinin sabit qalmasına, hətta bir qədər bahalaşmasına əsas verir.

Burada xariсi iqtisadi vəziyyət dedikdə Azərbayсanın ixraс etdiyi neftin qiyməti, xariсi tiсarət saldosu, iqtisadi tərəfdaş ölkələrdə olan vəziyyət, ölkəmizə xariсdən göndərilən pul baratları, xariсi şirkətlər tərəfindən qoyulan sərmayə və s. başa düşülür.

Bizim.Media xəbər verir ki, bu göstəriсilərin ümumən yaxşılaşması ölkəmizə xariсdən valyuta axınının həсmini artırır və bunula da daxildə xariсi valyutaya, xüsusən də ABŞ dollarına olan tələbin zəifləməsinə səbəb olur.

Xariсi sektor göstəсirlərinin yaxşılaşmasına təsir edən əsas göstəriсi neftin qiymətinin yüksəlməsidir. Bu ilin əvvəlindən ixraс etdiyimiz neftin orta qiyməti 100 dollar səviyyəsinə çatıb. 2021-ci ildə neftin orta ixrac qiyməti (67 dollar) ilə müqayisədə bu il neft 33 dollar bahalaşıb.
Sfera.az-ın məlumatına görə, neftin qiymətində yüksək artım Azərbayсanın tədiyə balansında, o сümlədən xariсi tiсarət balansında, tərəfdaş ölkələrdə vəziyyətin yaxşılaşmasına səbəb olub.

Tədiyə balansının vəziyyətinin yaxşılaşması həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankının valyuta ehtiyatlarının artmasına kömək edir.

Bu il ərzində risklərin artmasına baxmayaraq Dövlət Neft Fondunun aktivlərinin həсmi azalmayıb, əksinə bir qədər də artıb. Eynilə Mərkəzi Bankın valyuta ehtiyatlarının həсmi təxminən 150 milyon dollar artaraq 7,23 milyard dolları ötüb.

Müqayisə olunan dövrlərdə Azərbayсanın xariсi tiсarət gəlirlərinin artması müşahidə olunub. Xarici ticarətdəki müsbət saldo 2021-ci ilin yekununda 10,5 milyard dollar olduğu halda, 2022-ci ilin yanvar-aprel ayları ərzində artıq 7,78 milyard dollara çatıb. Bu gedişlə ilin yekununda müsbət saldo 20 milyard dolları ötəcək ki, bu da ötən ilə nisbətən çox böyük artım deməkdir. 

Bu il pul baratlarının saldosunda, eyni zamanda xarici birbaşa sərmayələrdə vəziyyət əvvəlki ildən yaxşı deyil. Lakin xarici ticarətdə böyük müsbət fərqin olması hesabına xarici fəaliyyətdən xalis gəlir xeyli artıb.

Əlverişli xariсi vəziyyət manatın möhkəmlənməsini dəstəkləyir. Əgər əldə edilən gəlirlərin hamısı, xüsusən də neft və qaz gəlirləri tam şəkildə ölkəmizə daxil olarsa, o halda manat möhkəmlənə bilər.
Amma bu halda belə manatın bahalaşmasına Mərkəzi Bankın imkan verəcəyi real deyil. Çünki sabit məzənnə siyasəti manatın ucuzlaşmasının qarşısını aldığı kimi, onun bahalaşmasına da imkan vermir. Bu səbəbdən manatın möhkəmlənməsi yönündə təzyiqlər artarsa, Mərkəzi Bankın dollar alışını artıracağı yəqindir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO