Azərbaycanda vergi daxilolmaları 55,2% artdı

Azərbaycanda vergi daxilolmaları 55,2% artdı

Hazırda oxunan: Azərbaycanda vergi daxilolmaları 55,2% artdı
73222
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2022-ci ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 5 mlrd. 35,4 mln. manat vergi daxil olub, proqnoza 150,5% əməl edilib.

DVX-dən Bizim.Media-ya verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 55,2% və ya 1 mlrd. 791,5 mln. manat artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 3 mlrd. 430,2 mln. manat olub, proqnoza 133,5% əməl edilib.

Dövlət büdcəsinə proqnozdan əlavə 860,6 mln. manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 49,7% və ya 1 mlrd. 139,5 mln. manat artıb. 

Regionlar üzrə daxilolmalar 391,0 mln. manat olmaqla, proqnoz 112,9% icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 23,8% artıb. 
Ödənilən vergilərin 68,1%-i qeyri-neft-qaz sektorunun, 31,9%-i isə neft-qaz sektorunun payına düşüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO