Azərbaycanda 10 manatlıq pul nişanları YENİLƏNDİ - FOTO

Azərbaycanda 10 manatlıq pul nişanları YENİLƏNDİ - FOTO

Hazırda oxunan: Azərbaycanda 10 manatlıq pul nişanları YENİLƏNDİ - FOTO
70902
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Mərkəzi Bankı (AMB) 10 manatlıq pul nişanlarını yeniləyib.

Bizim.Media bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, “Tarix” mövzusuna həsr olunan 10 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Yeni pul nişanları iyunun 22-dən tədavülə buraxılacaq.

Yenilənmiş 10 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq edilib.

Yenilənmiş 10 manatlıq pul nişanının istehsalı artıq başa çatdığından, onların AMB-nin keçmiş sədrinin imzası əks olunub.

Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistemlərinin və avadanlıqlarının yenilənmiş 10 manatlıq pul nişanına uyğunlaşdırılması gedir.
Yeni pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Bizim.Media

Azərbaycanda 10 manatlıq pul nişanları YENİLƏNDİ - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO