Vahid Ələkbərovun istefasına səbəb BU OLDU -  O, Rusiyanı tərk edəcəkmi?  

Vahid Ələkbərovun istefasına səbəb BU OLDU -  O, Rusiyanı tərk edəcəkmi?  

Hazırda oxunan: Vahid Ələkbərovun istefasına səbəb BU OLDU -  O, Rusiyanı tərk edəcəkmi?  

70781

“Bu istefaya Ukrayna ilə müharibənin dinc yolla həlli çağırışlarından sonra V.Ələkbərova qarşı Rusiyada formalaşan ögey münasibət və təhdidlər təsir edə bilər”.

Bunu Bizim.Media-ya açıqlamasında neft-qaz mütəxəssisi Zəfər Vəliyev “LUKOYL”un prezidenti Vahid Ələkbərovun həmin postu tərk etməsinə rəvac verən səbəblərdən danışarkən deyib:  

“Rusiyanın enerji neft şirkətləri rəhbərləri, önəmli biznesmenlər arasında Vahid Ələkbərov Ukrayna probleminin sülh, dinc yolla həllilə bağlı dəfələrlə çağırışlar edən yeganə insandır.
 

MÖVZU İLƏ BAĞLI:

Vahid Ələkbərov “Lukoyl”un rəhbərliyindən getdi


Həmçinin, bu istefaya qədər Vahid Ələkbərov hökumət qarşısında dəfələrlə “LUKOYL”un yanacaq ixracı, satış bazarlarının daralması və gündəlik neft hasilatı, şirkərin Avropadakı aktivlərinin təhdid altına düşməsilə  bağlı üzləşdiyi problemləri qaldırıb.

Məhz müharibənin dinc yolla həlli çağırışlarından sonra V.Ələkbərova qarşı Rusiya mətbuatı və ictimai rəyində ögey münasibət formalaşır. Ona münasibətdə bu fonda müəyyən təhdidlər yaranmağa başlayır.

“LUKOYL” yanacaq mazutu ixracında öndə gedirdi. Şirkət Sankt-Peterburq yaxınlığındakı liman vasitəsilə ABŞ-a yanacaq mazutu ixrac edirdi. Amma Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra V.Ələkbərovun ixracın məhdudlaşmasına qarşı verdiyi təkliflərinə neqativ reaksiya verildi”.

Ələkbərovun şirkətdən getməsi həmsöhbətimizə görə, qarşıdakı aylarda “LUKOYL”un zəifləməsinə gətirib çıxaracaq.  
Ümumiyyətlə, ekspert qeyd edir ki, Rusiyanın məlum hərəkətindən sonra bu ölkədəki yaradıcı insanların sayı durmadan azalacaq:

“Kifayət qədər nüfuzlu yaradıcı insanlar belə bir ölkədə yaşamaqdan vaz keçəcək. Rusiyadan böyük beyin axınının şahidi olacağıq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO