Valideynlərin nəzərinə - Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - Rəsmi

Valideynlərin nəzərinə - Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - Rəsmi

Hazırda oxunan: Valideynlərin nəzərinə - Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - Rəsmi
647668
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşlərə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə Bizim.Media-ya Müdafə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi hissələrdə həyata keçirilən profilaktik tədbirlər sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısının alınması hədəflənir.

Gənc əsgərlərin valideynlərindən və bütün vətəndaşlardan hərbi qulluqçuların sağlamlığına həssaslıqla yanaşmaq, tətbiq olunan məhdudiyyəti anlayışla qarşılamaq və əsgərlərin xidmət etdiyi hərbi hissələrə gəlməmək xahiş olunur.

Məhdudiyyət aradan qaldırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO