10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb – RƏSMİ

10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb – RƏSMİ

Hazırda oxunan: 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb – RƏSMİ

633530

İpoteka və Kredit Zəmanət Fondunun şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tətbiq etdiyi satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə indiyə qədər 10 015 ailənin mənzil şəraiti yaxşılaşıb ki, bunun da 945-i cari ildə bağlanmış müqavilələrin payına düşür.

Bizim.Media Fonda istinadən xəbər verir ki, mənzil şəraitini yaxşılaşdıran vətəndaşların 60 %-dən çoxu gənclər və gənc ailələrdir.
 

Mənzillər vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib. Onlardan 8-i Bakıda, 6-sı Abşeronda (Xırdalan şəhərində 3 ünvan, Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində 3 ünvan), 3-ü isə Sumqayıtda yerləşir.


Mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərinə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir.

Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə edilməklə təmir olunub, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz edilib, eyni zamanda mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO