
- A-
- A
- A+
İqtisadiyyat
14:46 / 28.08.2026
1 dəq oxunma
Orta aylıq pensiya 10,5 faiz artaraq 594,4 manata çatıb: Dövlət Statistika Komitəsi
Hazırda oxunan: Orta aylıq pensiya 10,5 faiz artaraq 594,4 manata çatıb: Dövlət Statistika Komitəsi
633518
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycanda aylıq pensiyaların orta məbləği artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Qeyd olunub ki, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5 faiz artaraq 594.4 manata çatıb. Ortaaylıq pensiyanın məbləği ölkə üzrə ortaaylıq əməkhaqqının 50.6 faizinə bərabər olub.
Ölkədə pensiyaçıların ümumi sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
2025-ci il iyulun 1-nə Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 1 milyon 103 min 300 pensiyaçı qeydiyyatda idisə, 2026-cı il iyulun 1-nə bu rəqəm 1.1 milyon olub. Hazırda pensiyaçılar ölkə əhalisinin 10.7 faizini təşkil edir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































