Azərbaycanda daha 19 dövlət əmlakı özəlləşdirildi

Azərbaycanda daha 19 dövlət əmlakı özəlləşdirildi

Hazırda oxunan: Azərbaycanda daha 19 dövlət əmlakı özəlləşdirildi
0:00
0:00
61425
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi növbəti hərracda 1 səhmdar cəmiyyətinin səhm paketi, 1 dövlət obyekti və 17 nəqliyyat vasitəsi özəlləşdirilib. 

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib. Məlumata görə, özəlləşdirilən əmlaklara 10-u elektron olmaqla ümumilikdə 66 sifariş verilib. 

Sifarişlərin çox olması hərracı rəqabətli edib. Belə ki, ilkin start qiyməti 3 500 manat olan “Kamaz” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 26 100 manata satılıb. Rəqabətli satışı ilə seçilən daha bir avtomobil “Toyota Land Crusier” olub. İlkin satış qiyməti 10 000 manat olan bu maşına edilən son təklif 27 800 manat olub. 

Hərracda səhm paketi özəlləşdirilən səhmdar cəmiyyəti "Tovuz Məişət" ASC-dir. Adıçəkilən səhmdar cəmiyyətin 30 %-lik səhm paketi 16 568 manata satılıb. 

Özəlləşdirilən dövlət obyekti isə Qazax rayonunda yerləşir. Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 167 268 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur. 

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (//bit.ly/33HjKDH) 

Növbəti hərraclar 1, 3 və 9 mart tarixlərində keçiriləcək.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO