Azərbaycanda bu platformalar təmirə bağlanacaq – BP-dən AÇIQLAMA

Azərbaycanda bu platformalar təmirə bağlanacaq – BP-dən AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda bu platformalar təmirə bağlanacaq – BP-dən AÇIQLAMA
60584
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"BP-Azerbaijan" şirkəti 2022-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda "Şərqi Azəri" neft platformasını planlı təmir üçün dayandıracaq.

Bunu Bizim.Media-ya "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.

Onun sözlərinə görə, bu il "Şahdəniz" qaz-kondensat yatağında yerləşən "Alfa" platforması da planlı təmir üçün dayandırılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda gündəlik neft hasilatı 700,5 min barrel olub – Ötən ay 


T. Bayatlı platformaların dayandırılacağı konkret qrafiki açıqlamayıb: "Çünki qrafik dəyişə bilər".

Qeyd edək ki, ötən il AÇG-də 23 mln. ton neft hasil edilib ki, bu da illik müqayisədə 2,54% azdır. AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%.

"Şahdəniz"ə gəldikdə, 2021-ci ildə sözügedən yataqda 23 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik müqayisədə 27,1% çoxdur. "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib.

Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO