"Bitcoin"in qiyməti yenidən 69 min dollara endi

"Bitcoin"in qiyməti yenidən 69 min dollara endi

Hazırda oxunan: "Bitcoin"in qiyməti yenidən 69 min dollara endi
601067
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin qiymətində əsasən azalma müşahidə olunub.

Bizim.Media CoinMarketCap platformasına istinadən xəbər verir ki, bazar kapitallaşması son 24 saatda 0,77% azalaraq 2,36 trilyon dollar təşkil edib.
 

Lider kriptovalyuta olan Bitcoinin qiyməti son sutkada 0,06% azalaraq 69 519 dollar səviyyəsinə enib. Bazar dəyərinə görə ikinci sırada qərarlaşan PAX Gold isə 1,08% ucuzlaşaraq 5 148 dollar təşkil edib. “Tether Gold”un da qiyməti 0,97% azalaraq 5 113 dollar səviyyəsində qərarlaşıb.


Ethereumun qiyməti 0,67% artaraq 2 027 dollar olub. BNB isə 0,39% artımla 644 dollar səviyyəsinə yüksəlib.

Bitcoin Cash 1,10% artaraq 454 dollar səviyyəsinə qalxıb. Monero 1,66% azalaraq 351 dollar, Zcash isə 3,95% ucuzlaşaraq 204 dollar civarında ticarət olunub.

Alternativ kriptovalyutalar arasında daha güclü artım Hyperliquid tokenində qeydə alınıb. Bu aktivin qiyməti son sutkada 6,95% artıb.
 

Analitiklərin fikrincə, bazarda müşahidə olunan qarışıq dinamika son günlərdəki qiymət artımından sonra investorların mənfəət realizasiyası, həmçinin qlobal maliyyə bazarlarında risk iştahının dəyişməsi ilə əlaqədardır.


Ekspertlər qeyd edirlər ki, investorların bir hissəsinin böyük kriptovalyutalarda mövqelərini azaltması bazarda qısamüddətli korreksiya prosesini gücləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO