Yeni 3 manatın tədavülə buraxılacağı ilə bağlı Mərkəzi Bankdan AÇIQLAMA

Yeni 3 manatın tədavülə buraxılacağı ilə bağlı Mərkəzi Bankdan AÇIQLAMA

Hazırda oxunan: Yeni 3 manatın tədavülə buraxılacağı ilə bağlı Mərkəzi Bankdan AÇIQLAMA
583309
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkələrdə yeni 3 manat nominallı pul nişanının tədavülə buraxılacağına dair xəbərlər yayılıb. Hətta yeni 3 manatı əks etdirən pul nişanının fotoları da yayılıb. 

Mərkəzi Bankdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, son dövrlər müxtəlif sosial şəbəkələrdə yeni 3 manat nominallı kağız pul nişanının tədavülə buraxılacağı ilə bağlı xəbərlər paylaşılıb:

“Bildiririk ki, yayılan xəbərlər həqiqəti əks etdirmir və vətəndaşları bu kimi məsələlərdə dəqiq məlumatları yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi və ya rəsmi sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq.
 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış milli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir. Tədavüldə olan milli pul nişanlarına dair məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib: //www.cbar.az/page-28/currency-in-circulation


Eyni zamanda bildiririk ki, Mərkəzi Bank yeni nominalda pul nişanını tədavülə buraxdıqda öncədən rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyəti məlumatlandırır”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO