
- A-
- A
- A+
Bu il dövlət büdcəsinin təxminən 16 faizi Gömrük Komitəsi hesabına formalaşacaq
Bu il dövlət büdcəsinin 15,9 faizi Dövlət Gömrük Komitəsi tərəfindən daxilolmalar hesabına formalaşacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Lənkəran şəhərində Dövlət Gömrük Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulan “Gömrük sistemində islahatlar:
Nəticələr, perspektivlər” mövzusunda keçirilən təlimdə Komitənin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük ödənişlərindən azadolmalara nəzarət şöbəsinin rəisi Faiq Orucov deyib.
O bildirib ki, dövlət büdcəsinin gəlirlərinin 47,4 faizinin Dövlət Neft Fondu tərəfindən ayrılan tranfertlər, 32,9 faizinin Dövlət Vergi Xidməti tərəfindən daxilolmalar hesabına formalaşması nəzərdə tutulub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































