Azərbaycanda 28 nəqliyyat vasitəsi özəlləşdirildi

Hazırda oxunan: Azərbaycanda 28 nəqliyyat vasitəsi özəlləşdirildi

55980

Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 28 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə Bizim.Media-ya nazirlikdən bildirilib.

Məlumata görə, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 150 sifariş qəbul olunub, bunun 31-i elektron qaydada həyata keçirilib. Hərracda qalib şəxslərdən 4-ü isə onlayn şəkildə iştirak edən sifarişçi olub.

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları hərraclarda iştirakı daha da sadələşdirib.

Bu isə, hərrac iştirakçılarının sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin hərracının rəqabətli olması buna əyani sübutdur.

Məsələn; ilkin satış qiyməti 7500 manat olan “Hyundai Sonata” markalı avtomobilə ən son təklif 2 dəfəyə yaxın artaraq 14000 manat olub. İlkin satış qiyməti 5000 manat olan “Fiat Doblo” markalı avtomobil təklifdən 2500 manat çox olmaqla 7500 manata özəlləşdirilib.

Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 204 360 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (//bit.ly/3nByqdX )

Növbəti hərraclar 25 yanvarda, 1, 15 və 22 fevralda keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO