Gələn il Neft Fondunun büdcəsində 2 milyard manatdan çox kəsir yaranacaq

Gələn il Neft Fondunun büdcəsində 2 milyard manatdan çox kəsir yaranacaq

Hazırda oxunan: Gələn il Neft Fondunun büdcəsində 2 milyard manatdan çox kəsir yaranacaq

44763

Gələn il Dövlət Neft Fondunun gəlirlərinin bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 32,4% çox - 10 589,7 milyon manat, xərclərinin isə 4,4% az - 12 755,7 milyon manat təşkil edəcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, bu məsələ "2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb.

 


Sənədə əsasən, Fondun büdcəsində 2 166 milyon manat kəsir yaranacaq.



2022-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfert 12 710 milyon manat təşkil edəcək, həmçinin Fond "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na 27,8 milyon manat, "Vətəndaşların xarici ali təhsil müəssisələrində təhsili üzrə Dövlət Proqramı"na isə 17,9 milyon manat yönəldəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO