Sentyabrda “Bir Pəncərə”- dən neçə milyonluq mal ixrac olub? - SİYAHI

Sentyabrda “Bir Pəncərə”- dən neçə milyonluq mal ixrac olub? - SİYAHI

Hazırda oxunan: Sentyabrda “Bir Pəncərə”- dən neçə milyonluq mal ixrac olub? - SİYAHI

43854

2021-ci ilin sentyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən 16,7 milyon dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”-nın oktyabr sayında yer alıb.

Hüquqi və fiziki şəxslər tərəfindən qiymətli külçələr, nar, alma, şaftalı, albalı, portağal şirələri, qarışıq şirələr, narşərab, ağ, qırmızı, şərab, vodka, pambıq mahlıcı, tibbi zəli, yonca, biyan kökü, iri və xırdabuynuzlu heyvanların daxili orqanları, iribuynuzlu heyvan dərisinin sənayedə kəsilməsi nəticəsində yığılan faydasız tullantılar, dondurulmuş Xəzər kilkəsi, dondurulmuş toyuq ayaqları, iribuynuzlu heyvan bağırsağı, pendir, polad armatur yayması, polad boru, Dağıstan turunun ixracı həyata keçirilib. 
 

Yuxarıda adı çəkilən məhsullar arasında qiymətli külçələr- 54,7%, pambıq mahlıcı-15,4%, polad armatur yayması-14,7%, pendir-4,7%, meyvə şirələri-2,7% ixracı üstünlük təşkil edib.


Sertifikat verilən məhsullar 19 ölkəyə ixrac edilib:

İsveçrə-54,7%, 

Türkiyə-18,9%, 

Rusiya-13,5%, 

Gürcüstan-7,7%, 

Ukrayna-1,3%, 
 

Digər ölkələrə -3,9% (ABŞ, Belarus, Qazaxıstan, Malayziya, İsrail, Özbəkistan, BƏƏ, Kanada, Azərbaycan (Duty Free), Misir, Honq-Konq, Almaniya, Avstraliya, Macarıstan). 


İxrac olunan məhsulların 

hava nəqliyyatı ilə -57%, 

avtomobil nəqliyyatı ilə -34,6%, 

dəmiryolu nəqliyyatı ilə - 7,4%, 

qarışıq nəqliyyat ilə ixracı  - 1% təşkil edib.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO