Pandemiya ilə əlaqədar buğda təchizatçılarına SUBSİDİYA VERİLƏCƏK

Hazırda oxunan: Pandemiya ilə əlaqədar buğda təchizatçılarına SUBSİDİYA VERİLƏCƏK

36809

Ölkədə insan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal olaraq, zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər (və ya kredit xətləri) üzrə ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) ay) üçün hesablanan faizlərə subsidiya veriləcək.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarda müvafiq dəyişikliklər edib.

Faiz subsidiyası sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq (ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO