Kredit tarixçəsi pis olanların nəzərinə

Kredit tarixçəsi pis olanların nəzərinə

Hazırda oxunan: Kredit tarixçəsi pis olanların nəzərinə
267598
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kredit götürərkən ən çox rast gəlinən problemlərdən biri də korlanmış kredit tarixçəsidir. Vaxtında ödənilməyən borclar və gecikmələr vətəndaşların sonrakı kredit müraciətlərinə mənfi təsir göstərir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən hüquqşünas Elcan Həsənlinin sözlərinə görə, kredit tarixçəsi əvvəlki dövrlərdə korlansa belə, onun bərpası mümkündür. 

Bunun üçün əsas şərt vaxt və intizamdır.

Onun sözlərinə görə, ilk növbədə mövcud bütün borclar tam ödənilməlidir. Ardınca isə vətəndaş kiçik məbləğli kredit və ya kredit kartı götürərək ödənişləri vaxtında həyata keçirməklə müsbət tarixçə formalaşdıra bilər.
 

“Kredit bürosunda məlumatlar adətən 5 ilədək saxlanılır. Bu müddət ərzində əvvəlki “pis tarixçə” görünə bilər. Ancaq vətəndaş intizamlı ödəmələr aparsa, bankların etimadını bərpa etmək mümkündür”, – deyə hüquqşünas əlavə edib.


Mövzu ilə bağlı iqtisadçıların fikirləri də müsbət istiqamətdədir. Ekspertlərə görə, vətəndaşlar kiçik məbləğli kreditlər götürüb onları vaxtında qaytara bilsələr, bu, maliyyə intizamını nümayiş etdirir və kredit bürosunda müsbət iz qoyur. Əgər yüksək dəyərə malik girov təqdim olunursa məsələn, qızıl-zinət əşyaları, mənzil və ya avtomobil bankın riski minimuma enir. Bu halda kredit tarixçəsi əsas amil olmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO