Sahibkarlara ŞAD XƏBƏR: Torpaq sahələri üzrə icarə ƏDV-dən azad edilir

Sahibkarlara ŞAD XƏBƏR: Torpaq sahələri üzrə icarə ƏDV-dən azad edilir

Hazırda oxunan: Sahibkarlara ŞAD XƏBƏR: Torpaq sahələri üzrə icarə ƏDV-dən azad edilir
224392
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdən biri də hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqının ƏDV-dən azad olunmasıdır. Belə ki, gələn aydan etibarən torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək. 

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. 

O bildirib ki, bu dəyişiklik təşviq xarakteri daşıyır və sahibkarların xərclərinin azalmasına və gəlirlərinin artmasına səbəb olacaq: 

"Belə ki, torpaq sahələrinin icarəsini təklif edən sahibkarlar ƏDV ödəməkdən azad olunlar. Digər tərəfdən, bu, sahibkarların xərcləri ilə yanaşı, torpaqların icarə qiymətinə də təsir göstərə bilər.
 

Belə ki, torpaqlar üzrə icarə qiyməti müəyyənləşən zaman tərəflər 18 faizlik vergini də nəzərə alaraq razılaşırdı. Bu vergini hüquqi şəxsin ödəməsinə baxmayaraq, tərəflər razılaşan zaman həmin xərc əksər hallarda qiymətdə nəzərə alınırdı. Yeni ildən ƏDV ilə bağlı güzəşt tətbiq olunduğu üçün bu, torpaqların icarə haqlarının aşağı düşməsinə səbəb ola bilər. 


Bütövlükdə bu dəyişiklik həm uçotun güclənməsinə, həm də sahibkarların dəstəklənməsinə xidmət edəcək". 

Sahibkarlara ŞAD XƏBƏR: Torpaq sahələri üzrə icarə ƏDV-dən azad edilir - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO