İpoteka ilə ev almaq istəyənlərə ŞAD XƏBƏR - FOTO

İpoteka ilə ev almaq istəyənlərə ŞAD XƏBƏR - FOTO

Hazırda oxunan: İpoteka ilə ev almaq istəyənlərə ŞAD XƏBƏR - FOTO
215275
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 87.7 milyon manat artırılaraq 1 milyard 68 milyona manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti bu gün fərman imzalayıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 87 milyon 700 min manatın ayrılması ilə mümkün olacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı - FƏRMAN


Nizamnamə kapitalının artırılması ipoteka götürmək istəyənlər üçün nə vəd edir?

“Prezident İlham Əliyev hər il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə əlaqədar müvafiq fərman imzalayır. Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur.

Bütövlükdə, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir. Deməli, bu həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir.
İndiyədək fond tərəfindən 51 min 778 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 249 milyon manatdan çoxdur”.

İpoteka ilə ev almaq istəyənlərə ŞAD XƏBƏR - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO