Azərbaycanın magistral qaz kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlir AÇIQLANDI

Azərbaycanın magistral qaz kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlir AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanın magistral qaz kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlir AÇIQLANDI
207554
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin I yarısında Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) fəaliyyətindən əldə olunan gəlir 1 milyard 359,813 milyon (cari məzənnə ilə 799,9 milyon ABŞ dolları) təşkil edib. 

Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Ötən ilin eyni dövrü ilə müqayisədə bu gəlirlər 7,8 % artıb. 

Bu ilin I yarısında magistral qaz kəmərləri şəbəkəsində itkilər 37,4 % azalaraq 23,8 milyon kubmetr təşkil edib. 

Hesabat dövründə qaz kəmərləri ilə 20 milyard 540,7 milyon kubmetr qaz (1,3 % çox) nəql olunub. Ümumi nəqletmə həcminin təxminən 55,6 %-i CQBK-nın payına düşüb. 

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən CQBK-nın fəaliyyətindən əldə edilən gəlirlər 2 milyard 516 milyon 082,5 min manat (8,1 % çox) olub. 2023-cü ilin sonuna şəbəkədə itkilər 18,2 % artaraq 59,8 milyon kubmetr təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO