
- A-
- A
- A+
İqtisadiyyat
16:55 / 10.08.2024
1 dəq oxunma
Bakıda içki istehsalı artıb, tütün azalıb
Hazırda oxunan: Bakıda içki istehsalı artıb, tütün azalıb
206023
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Paytaxtın emal sənayesində cari ilin yanvar-iyun aylarında 5 milyard 355 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Bizim.Media Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 1002,5 milyon manat dəyərində məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalı 26,8 faiz, içki istehsalı 9,6 faiz artıb, tütün məmulatlarının istehsalı isə 24,4 faiz azalıb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalı 0,1 faiz azalıb, pendir və kəsmik istehsalı isə 2,2 dəfə artıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































