Bu il dövlət büdcəsinə nə qədər vergi daxil olub? – RƏSMİ AÇIQLAMA

Bu il dövlət büdcəsinə nə qədər vergi daxil olub? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bu il dövlət büdcəsinə nə qədər vergi daxil olub? – RƏSMİ AÇIQLAMA
196339
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 7 milyard 499 milyon 106,4 min manat vergi daxil olub. Dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard manatdan çox vəsait ödənilib.

Bizim.Media Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 5,2 milyard manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 634,7 milyon manat və ya 13,8 faiz çox olub. Ödənilən vergilərin 69,9 faizi qeyri-neft-qaz sektorunun, 30,1 faizi isə neft-qaz sektorunun payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO