AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi TƏKLİF 

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi TƏKLİF 

Hazırda oxunan: AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi TƏKLİF 

190816

7 may 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, təklif yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 3 iyun–5 sentyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur. 

Bakıdan Dubaya aviabiletlərin qiyməti 

Bir tərəfə: 

* Gecə reysləri – 88 avrodan 

* Səhər reysləri – 108 avrodan 

Gediş-dönüş: 

* Gecə reysləri – 168 avrodan 

* Səhər reysləri – 208 avrodan

Dubaydan Bakıya aviabiletlərin qiyməti 

Bir tərəfə: 

* Gecə reysləri – 348 dirhəmdən 

* Səhər reysləri – 428 dirhəmdən 

Gediş-dönüş: 

* Gecə reysləri – 666 dirhəmdən 

* Səhər reysləri – 828 dirhəmdən 

Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir. 

Təklifdən yararlanaraq xüsusi qiymətlərlə Dubaya bilet almaq və macəra dolu yay tətili keçirmək fürsətini qaçırmayın! 

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO