Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO

Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO

Hazırda oxunan: Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO

190513

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, hazırda satışda olan balıqlar ya xarici ölkələrdən, ya da təsərrüfatlardan gətirilir.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, ki, ölkəyə balıq daha çox Qazaxıstan, Rusiya, Türkiyə və Norveçdən gətirilir.

Bununla yanaşı, hazırda yerli təsərrüfatlarda yetişdirilən balıqların da satışı həyata keçirilir.
Satıcılar qeyd edirlər ki, hazırda bazarlarda Xəzər dənizindən tutulan balıq olmadığından xaricdən gətirilən dəniz balıqlarının qiymətlərində cüzi artım var.

Bazarlarda daha çox dənizdən tutulan kütüm, berj və kefalın qıtlığı yaşanır. Balıq ovu qadağası bitdikdən sonra isə bu növ balıqlar yenidən satışa çıxarılır və xaricdən gətirilənlərin qiymətləri enir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO