Azərbaycandan Rusiyaya çiyələk ixracında KƏSKİN ARTIM 

Hazırda oxunan: Azərbaycandan Rusiyaya çiyələk ixracında KƏSKİN ARTIM 

186960

Azərbaycan Rusiyaya çiyələk tədarükçülərinin ilk üçlüyünə daxil olub.

Bizim.Media xəbər verir ki, bunu qlobal ticarət platforması “Comtrade” və Rusiyanın milli statistika xidmətlərinin məlumatları sübut edir. 

Yayılan məlumatda qeyd olunur ki, ötən il Azərbaycan Rusiya bazarına bu giləmeyvə tədarükünü təxminən iki dəfə artırıb. Beləki, 2023-cü ildə Rusiyaya 18 min tona qədər çiyələk göndərilib. Beləliklə də, Azərbaycan Rusiyaya çiyələk tədarükçülərinin reytinqində ikinci yerə yüksəlib.
Qeyd edək Rusiyaya çiyələk tədarükündə birinci yeri Türkiyə tutur. İlk üçlüyü isə Serbiya qapadır. Ümumilikdə, Rusiyaya ötən il çiyələk idxalı 0,6% və yaxud 50,5 min tona qədər artıb.

Ermənistan “çiyələk reytinqi”ndə beşinci yeri tutub. İlk onluğa Çin, Qazaxıstan, Misir, Moldova və Qırğızıstan da daxildir. 

Bundan əlavə, Mərakeş, Özbəkistan, Litva, Cənubi Koreya və Belçikadan - ümumilikdə 61 ton çiyələk tədarük edilib. Ötən ilin statistikasına görə Azərbaycandan Rusiyaya nar ixracı da artıb.

Statistik məlumata görə, ötən il Azərbaycan Rusiyaya 28 min tondan çox nar ixrac edib ki, bu da 2022-ci illə müqayisədə 22% çoxdur. Nar ixracının dəyəri isə 30 milyon dollardan çox olub.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO