Türkiyə ilə ticarət dövriyyəmiz 7.6 milyard dolları ötdü

Türkiyə ilə ticarət dövriyyəmiz 7.6 milyard dolları ötdü

Hazırda oxunan: Türkiyə ilə ticarət dövriyyəmiz 7.6 milyard dolları ötdü
174576
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2023-cü ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 31% və ya 1 milyard 808 milyon dollar artaraq 7 milyard 650 milyon dollar təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Gömrük Komitəsi yayıb.

Qeyd edək ki, ötən il Azərbaycandan Türkiyəyə ixracın həcmi 2022-ci illə müqayisədə 51.2% və ya 1 milyard 814 milyon dollar artaraq 5 milyard 359.3 milyon dollara, Türkiyədən Azərbaycana ixracın həcmi isə 0.3% və ya 6.1 milyon dollar azalaraq 2 milyard 291 milyon dollara bərabər olub.
Hesabat dövründə Azərbaycandan Türkiyəyə 783 milyon 861 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2022-ci ilə müqayisədə 9.9% çoxdur.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın ümumi ticarət dövriyyəsi 51 milyard 183 milyon dollar, qeyri-neft ixracı isə 3.3 milyard dollar təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO