90 qəpikdən, 4 manata... – Xiyarın qiymətinin kəskin artmasının SƏBƏBLƏRİ

90 qəpikdən, 4 manata... – Xiyarın qiymətinin kəskin artmasının SƏBƏBLƏRİ

Hazırda oxunan: 90 qəpikdən, 4 manata... – Xiyarın qiymətinin kəskin artmasının SƏBƏBLƏRİ
167383
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

10 gün əvvəl kiloqramı 70-90 qəpiyə təklif olunan xiyar ötən şənbə və bazar günlərində 3-4 manata satılıb. Qısa zamanda rekrord səviyyədə qiymət artımı təbii ki, müəyyən suallar doğurur.

Kəskin qiymət artımının səbəbləri?

Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, kəskin qiymət artımının bir sıra səbəbləri var:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda son 10 ayda 26.7 milyard manatlıq MƏHSUL SATILIB


“Əsas səbəb odur ki, mövsümlə əlaqədar olaraq açıq havada məhsul yetişdirilməsi başa çatıb. Bunun nəticəsində, bazara daha az məhsul çıxarılıb. Tələb təklifi üstələdiyinə görə də qiymətlər artıb. Digər bir səbəb isə Yeni ilin yaxınlaşmasıdır. Bildiyimiz kimi, hər bayram yaxınlaşanda istehlak bazarında qiymət artımları baş verir. Bu dəfə işbazlar bir qədər tələsib. Başqa bir səbəbsə Yeni ilə görə xaricə məhsul ixracının artmasıdır. Bu səbəblərə görə bazarda məhsul qıtlığı yaranıb”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO