Əmlakları yanan sahibkarlar sığortaya niyə inanmırlar? – SƏBƏBLƏR 

Əmlakları yanan sahibkarlar sığortaya niyə inanmırlar? – SƏBƏBLƏR 

Hazırda oxunan: Əmlakları yanan sahibkarlar sığortaya niyə inanmırlar? – SƏBƏBLƏR 

165916

Bakının Dərnəgül qəsəbəsində yerləşən və “Taxta bazarı” kimi tanınan inşaat materialları bazarında yanmış əmlaklar sığortalı olmayıb. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyi məlumat yayıb.

Azərbaycanda bu cür hadisələr təkrarlansa da, sığortaya biganə yanaşıldığını müşahidə edirik. İş adamları sığortaya niyə inanmırlar və ya laqeyd yanaşırlar?

İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O qeyd edib ki, iş adamlarının sığorta etdirməməsi ciddi problemdir:
 

MÖVZU İLƏ BAĞLI:

İnşaat materialları bazarındakı yanğınla bağlı cinayət işi başlandı


“Ancaq bunun tək günahkarı sahibkarlar deyil. Çox ölkənin praktikasında iş adamlarının özləri istənilən daşınmaz əmlakını, iş yerlərini sığortalamaqda maraqlı olurlar. Onlar daşqın, su basması, oğurluq və bu kimi hallarla bağlı sığorta əldə edirlər. Xarici sahibkarlar sığortasız işə başlamırlar. Azərbaycanda sığorta şirkətlərinin işi ilə bağlı suallar və şübhələr var. Sığortası olan bəzi şəxslərin müəyyən səbəblərdən bu xidmətdən yararlana bilməməsi ilə bağlı fikirlərin yayılması sahibkarları bu məsələdən soyudur”. 

Natiq Cəfərli əlavə edib ki, Azərbaycanda sığorta ödənişləri kommersiya obyektlərində çox yüksəkdir: 

“Bu da insanların sığortadan yayınmasına səbəb olur. Nəticədə belə hadisələr baş verəndə dövlətin məsuliyyəti yaranmır və iş adamları külli miqdarda ziyana düşürlər. Dəfələrlə belə hadisələr olub, amma görünən odur ki, bir nəticə çıxarılmır. 

Başqa ölkələrdə sığorta mədəniyyətinin baş verməsi avtomatik baş verməyib. Digər ölkələrdə bu məsələ ilə bağlı müəyyən təşviq addımları və hökumətin çağırışları olur. Bəzi ölkələrdə sahibkar öz əmlakını sığortalayarkən bir hissəsini dövlət ödəyir. Bundan əlavə, vergi güzəştlərinin tətbiq olunduğu ölkələr də var. Bu addımları atmaqla insanlarda sığortaya maraq yaradılır. Bizdə təəssüf ki, təşviq proqramları yoxdur”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO