Qarabağın yenidən qurulmasına ayrılan vəsait 9 milyard dolları ötəcək

Qarabağın yenidən qurulmasına ayrılan vəsait 9 milyard dolları ötəcək

Hazırda oxunan: Qarabağın yenidən qurulmasına ayrılan vəsait 9 milyard dolları ötəcək

165734

Azərbaycanın azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərinə indiyədək dövlət büdcəsindən 7 milyard dollar sərf edilib. Gələn il üçün 2,4 milyard dollar ayrılması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, SPECA Rəhbər Şurasının 18-ci iclasında çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir həmçinin əlavə edib ki, Azərbaycanın birbaşa xarici borcu ÜDM-in 10 faizi civarındadır. Azərbaycanın valyuta ehtiyatları birbaşa xarici borcunu 10 dəfə üstələyir.
“Son 20 ildə ümumi investisiyalar 300 milyard dollardan çox olub, bunun 190 milyard dolları qeyri-enerji sektoruna qoyulub”- Mikayıl Cabbarov əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO