“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən 623 milyon tondan çox neft nəql edilib

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən 623 milyon tondan çox neft nəql edilib

Hazırda oxunan: “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən 623 milyon tondan çox neft nəql edilib

164484

Cari ilin yanvar-oktyabr ayları üzrə respublikada 25,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Respublika üzrə neft hasilatının 15 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,6 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,5 milyon ton təşkil edib.

Hesabat dövründə 21 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 18,5 milyon tonu konsorsiumun, 2,5 milyon tonu isə SOCAR-ın payına düşür.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il noyabrın 1-dək 625,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 581,9 milyon ton neft, “Şahdəniz”dən isə 43,8 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 623,7 milyon tonu ixraca nəql edilib.
Ölkədə neftin emalı 2023-cü ilin yanvar-oktyabr ayları üzrə 5,5 milyon ton təşkil edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO